Ötən il gömrükdən büdcəyə daxil olan vəsaitin həcmi açıqlandı

0
333

2020-ci ildə gömrük xətti ilə büdcəyə daxilolmaların həcmi açıqlanıb.

2020-ci il ərzində gömrük xətti ilə büdcəyə 3 milyard 938,2 milyon manat vəsait daxil olub

Belə ki, bu məbləğ 2019-cu illə müqayisədə 470,4 milyon manat və ya 10,7 faiz azdır.

2020-ci il ərzində büdcə daxilolmaları üzrə ən aşağı göstərici avqust ayında qeydə alınıb, müvafiq dövr ərzində büdcəyə 285 milyon 263,5 min manat vəsait cəlb olunub. Ötən il büdcə daxilolmaları üzrə ən yüksək göstərici isə aprel ayında qeydə alınıb, ay ərzində büdcəyə 356,9 milyon manat daxil olub.

Qeyd edək ki, 2019-cu ildə gömrük xətti ilə büdcəyə 4 milyard 408,6 milyon manat cəlb edilib.