Ötən il bank filialları azalsa da, ATM-lərin sayı artıb

0
309

2020-ci ilin sonuna maliyyə bazarlarının iştirakçıları haqqında ümumi məlumat verilib.

Ötən ilin sonuna ölkədə dövlət banklarının sayı 2, özəl bankların sayı 24, xarici kapitallı bankların sayı isə 12 olub. İlin əvvəlindən sonuna qədər 4 özəl bank fəaliyyətini dayandırıb. Hazırda, ölkədə 2 xarici bankın yerli filialı fəaliyyət göstərir.   

İlin əvvəlindən sonuna qədər bank filiallarının sayı 10,6 faiz azalaraq 455-ə endirilib. Eləcə də, bank şöbələrinin sayı 18 faiz azalaraq 109 olub.

Ötən il ərzində bank ATM-lərinin sayı isə 2,6 faiz artaraq 2 715 ədəd olub. Dövrün sonuna qədər bank işçilərinin sayı 3,9 faiz azalaraq 18 708 olub.

2020-ci ilin sonuna qədər ölkədə 91 bank olmayan kredit təşkilatı (onlardan 90-nı özəl BOKT-lərdir) fəaliyyət göstərib, o cümlədən, 42-si bank olmayan kredit ittifaqıdır. Eləcə də, ilin sonuna qədər 4 BOKT lisenziya alıb və 3 BOKT-un lisenziyası isə ləğv edilib.

BOKT-larda fəaliyyət göstərən işçilərin sayı isə ilin əvvəli ilə müqayisədə 5,1 faiz artaraq 2 236 nəfər olub. Bu kredit təşkilatlarının filiallarının sayı isə 8,3 faiz artaraq 247-ə çatıb.