“Oskar”da mühüm dəyişiklik

0
419

Bu il dünyaca məşhur “Oskar” mükafatlandırma gecəsi ötən ildəki kimi, aparıcısız keçəcək.

Bu barədə Amerika Film Akademiyasının özü rəsmi “Twitter” hesabında yazıb.

Eyni zamanda, heykəllərin təhvil verilməsinin tam bir ay sonra – fevralın 9-da baş tutacağını bildirib.

Qeyd edək ki, ötən il baş tutan mötəbər gecədə “Oskar”ın aparıcısı aktyor və komediyaçı Kevin Hart LGBT üzvləri barədə söylədiyi xoşagəlməz ifadələr səbəbindən tədbirdən uzaqlaşdırılmışdı. Aktyor LGBT üzvlərindən üzr istəsə də, sosial media əhli Kevinin qalmaqallı çıxışını bağışlamayıblar.