Orucluq bitir – Bayram günləri necə qidalanaq?

0
134

Ramazan ayı ərzində aclığa alışmış orqanizim bayram günlərində yülkənməyə başlayır. Həmin vaxt müəyyən qidalanma intizamına alışmış bağırsaq və mədə sistemi yorulur. Xüsusilə hipertoniya, şəkər xəstəliyi və piylənmə kimi sağlamlıq problemi olan insanlar üçün bu təhlükə yaradır.

Bəs bayramı sağlam keçirmək üçün nələrə diqqət etməliyik?

Türkiyəli dietoloq, düzgün qidalanma üzrə mütəxəsis Deniz Geçkil bu barədə maraqlı açıqlama verib. O, qidalanmada ən vacib məqamın səhər yeməyi olduğunu qeyd edib.

“Orucluq ayı sona yetir, bayram günlərində daha çox qida qəbul etməyinizi nəzərə alaraq, günü yüngül səhər yeməyi ilə qidalanmaq məsləhətdir.

Yumurta, pendir, zeytun, pomidor, salatlar, göyərti və dənli çörəklərdən ibarət səhər yeməyi günə daha yaxşı başlamağınıza kömək edəcək. “

Ramazan ayında su sərfiyyatının azalması nəticəsində yaranan maye itkisini aradan qaldırmaq üçün gündə ən azı 2-2,5 litr su içilməlidir. Çay və qəhvə yerinə bitki mənşəli çaylara üstünlük verilməlidir.

Şokolad, şəkər və şirniyyat qəbul etmək əvəzinə sadə dondurmalar, südlü şirniyyatlar, təzə və ya az miqdarda quru meyvələri qəbul edə bilərsiz.

Bayram günləri qızardılmış, çox duzlu və ağır yeməklərdən uzaq durmağınızda fayda var. Müxtəlif cür qidalardan istifadə etməyə üstünlük verin. Ən əsası isə gün ərzində az və tez-tez qıdalanmağ daha məqsədəuyğundur.