Orta məktəblərdə gün ərzində 5 saatdan artıq dərs keçilməyəcək…

Birləşmiş Ərəb Əmirliklərinin İnsan Resursları və Əmirlikləşmə Nazirliyi 1 may 2019-ci ildə müqəddəs Ramazan ayı ərzində özəl sektorda iş gününün 2 saat azaldılması haqda qərar verib.
BƏƏ məktəbliləri üçün də Ramazan ayında tədris qrafiki dəyişdirilib. Belə ki, gün ərzində dərs saatlarının ümumi sayı 5-dən çox olmamalıdır. Habelə, oruc tutan şagirdlər fiziki tərbiyə dərslərindən və ümumi davamiyyətə təsir etməyən, lakin fiziki fəallıq tələb edən digər məşğələlərdən azad olunacaqlar.