Oruc tutanların nəzərinə: Bu qidalardan uzaq durun ki, başınız ağrımasın

0
160

Ramazan ayında oruc tutanlar yüngül və ya şiddətli baş ağrıları yaşaya bilərlər. Baş ağrısına həm uzun müddət davam edən aclıq nəticəsində qanda şəkər səviyyəsinin aşağı düşməsi, həm də bəzi qidalar səbəb ola bilər.

Mütəxəssislər oruc tutanlara qidalanmaya xüsusi fikir verməyi tövsiyə edib. Yuxu rejiminin pozulması və uzun müddətli oruc tutmaq miqren xəstələrində mövcud baş ağrılarını gücləndirə, həmçinin heç bir problemi olmayan insanlarda da görünə bilər. Mütəxəssislərin sözlərinə görə, baş ağrılarının 20 faizi yemək və içkidən qaynaqlanır.

Hansı qidalar və içkilər baş ağrısına səbəb olur?

Baş ağrısına səbəb olan qidaları müəyyənləşdirmək üçün xəstəliyin təkrarlandığı günlərdə qəbul edilən qida və içkiləri izləmək məsləhət görülür. Əgər tez-tez yediyiniz qidadan 20 dəqiqə ilə 2 saat sonra davamlı baş ağrınız varsa, bu, o qidaya qarşı həssas olduğunuz anlamına gəlir.

Baş ağrısının səbəblərindən biri kimyəvi tərkibli yarımfabrikatlardır. Kimyəvi maddələrə nitratlar/nitridlər, feniletilamin, sulfitlər, taninlər, tiramin, salisilatlar, aspartat, rəfinə edilmiş şəkər, kofein, qlüten, qlutamat və kapsaisin daxildir. Bunlar baş ağrılarına səbəb ola bilər.

Şokolad miqreni şiddətləndirir

Amerika Miqren Fondunun araşdırmasının nəticələrinə görə, şokolad miqreni “alovlandıran” qidalardan biridir. Miqrenlə mübarizə aparan insanların təxminən 22 faizi şokoladın hücumları tətiklədiyini təsdiqləyib. Şokolad həm kofein, həm də beta-feniletilamin ehtiva edir ki, bu da bəzi insanlarda baş ağrılarına səbəb ola bilər.

Çin duzunun neqativ təsirləri

Çin duzu gündəlik istifadə etdiyimiz bir çox qidanın tərkibində var. O miqren və baş ağrısı problemini artırır. Miqren xəstələrinin 10-15 faizi Çin duzunun ağır hücumlara səbəb ola biləcəyini bildirir.

Qəhvə də baş ağrısına səbəb olur

Kofeinli içkilər, o cümlədən qəhvə, çay və kola baş ağrısını artıran içkilər arasındadır. Mütəxəssislərin sözlərinə görə, az miqdarda kofein miqren simptomlarına müsbət təsir göstərir, lakin miqdarı düzgün tənzimlənmədikdə, bir müddət sonra baş ağrılarına səbəb olur.

Soya sosu

Yeməklərə fərqli ləzzət qatan soya sousu tərkibindəki monosodium qlutamat (MSG) və yüksək miqdarda duz şiddətli başağrısına səbəb olur.

Yarımfabrikat ət məhsulları

Kolbasa, sosiska kimi yarımfabrikatlar həm ləzzət verən, həm də rəngi qoruyan nitrat ehtiva edir. Bu qidalar qana azot oksidi buraxa bilər.