Orqanlarda qanaxmaya səbəb olan virusun məskəni tapıldı

0
77

Nigeriya tarixinin ən pis epidemiyalarından biri ilə mübarizə aparmağa çalışarkən, Fransanın paytaxtı Parisdə bir xəstəyə Lassa qızdırması diaqnozu qoyulub.

Fransanı narahat edən hal bu yaxınlarda xaricdən qayıdan bir əsgərdə də aşkar edilib.

Adı açıqlanmayan xəstə Sen-Mandedəki Begin hərbi xəstəxanasında müalicə olunub. Yerli hakimiyyət orqanları xəstə ilə təmasda olan şəxslərin müəyyən edilməsi üçün dərin epidemioloji araşdırma aparır.

Lassa qızdırması gözlərdə, qulaqlarda və ağızda qanaxmaya səbəb olan kəskin viral hemorragik xəstəlikdir. İnsanlara gəmiricilərdən ötürülür, lakin insanlar da bir-birinə yoluxdura bilər. Xəstəlik Ebola qədər ölümcül olmasa da, hazırda Benin, Qana, Qvineya, Liberiya, Mali, Sierra Leone və Toqo da daxil olmaqla bir çox Qərbi Afrika ölkələrində var.