Orfoqrafiya lüğətinin təkrar nəşri ilə bağlı hazırlıq işlərinə başlanıldı

0
240

Azərbaycan dilinin orfoqrafiya lüğətinin yenidən tərtibatı ilə bağlı hazırlıq işlərinə başlanılıb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutundan məlumat verilib.

Bildirilib ki, lüğət müasir informasiya texnologiyalarının imkanlardan istifadə edilməklə hazırlanacaq.

“Təbii ki, lüğət hazırlamaq elə də asan məsələ deyil. Biz tam sanballı və qüsursuz lüğətin ərsəyə gəlməsinə nail olacağıq”, – institutdan qeyd olunub.

Xatırladaq ki, təkmilləşdirilmiş formada yeni lüğətin 2022-ci il ərzində çap olunması nəzərdə tutulub.