Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, bu il sentyabrın 1-dək 113 414 815 AZN, 213 577 ABŞ dolları, 18 341 avro və 5000 rubl vəsait daxil olub.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli fərmanı ilə yaradılıb.