Ordu mənsublarına yaraşmayan hərəkətlərə görə qaydaların sərtləşdirilməsi təklif olunub

0
1746

Ordu mənsublarına yaraşmayan hərəkətlərlə hərbi etika qaydalarını, eləcə də mobil telefonlardan istifadə zamanı nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozan hərbi qulluqçular barəsində bundan sonra da ciddi tədbirlər görüləcək.

Bu barədə Müdafiə Nazirliyinin sosial şəbəkələrdən istifadə edən hərbi qulluqçularla bağlı yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, qaydaların daha da sərtləşdirilməsi ilə bağlı qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi üçün aidiyyəti üzrə yeni təkliflər hazırlanaraq təqdim edilib.