Operativ Qərargah məlumat yaydı

0
319

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 234 nəfər müalicə olunaraq sağalıb, 603 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 240 295 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 230 960 nəfər müalicə olunaraq sağalıb, 3282 nəfər vəfat edib. Aktiv xəstə sayı 6053 nəfərdir.

Ötən müddət ərzində 2 710 126 test aparılıb. Bugünkü test sayı isə 8945-dir.