Onlarla əsgər meyiti zirzəmidə: Ermənistanda RÜSVAYÇI FAKT üzə çıxdı – FOTO

0
453
Onlarla əsgər meyiti zirzəmidə: Ermənistanda RÜSVAYÇI FAKT üzə çıxdı - FOTO

Ermənistanda 44 günlük Qarabağ müharibəsi zamanı ölən erməni əsgərlərinin kisələrə doldurulmuş qalıqlarının Abovyan şəhərindəki xəstəxana morqunun zirzəmisində necə gəldi atılmasını əks etdirən fotoların yayılması seçki ərəfəsində böyük qalmaqala səbəb olub. Səhiyyə Nazirliyi bu rüsvayçı fakta izahat tapa bilməyib və araşdırma başladıldığını açıqlayıb.

Fotolara əsasən əsgər meyitlərinin qalıqlarının doldurulduğu çoxsaylı politelen kisələr morqun zirzəmisində necə gəldi döşəməyə atılıb, üst-üstə qalaqlanıb. Həmin fotoların nə zaman çəkildiyi məlum deyil, amma seçki kampaniyasının qızğın vaxtında yayılması sosial şəbəkələrdə Paşinyan hökumətinə qarşı qəzəb və hiddət doğurub.

Bu fotoların yayılmasından əvvəl itkin düşmüş bir qrup erməni hərbçilərinin yaxınları Yerevanda yolu bağlayaraq etiraz aksiyası keçirmişdi. Onlar bildirirdilər ki, hakimiyyət itkilərlə bağlı səs-küy yaranmasın deyə ölən hərbçilərin meyitlərini uzun müddət soyuducularda saxlayıb. Etirazçılardan biri deyib ki, 200-dən çox cəsəd uzun müddət müxtəlif yerlərdə soyuducularda, o cümlədən meyvə saxlamaq üçün nəzərdə tutulan soyuducularda saxlanılıb. Toplaşanlar deyiblər ki, hakimiyyət itkilərin real sayını hələ də açıqlamır.

Ermənistanda əsgərlərin meyitlərinin “Spayka” şirkətinə məxsus soyuducu TIR-larda saxlanılması faktı daha əvvəldən məlum idi, hakimiyyət isə bildirirdi ki, meyitlərin qalıqları ekspertizadan keçdikdə yaxınlarına təhvil verilir. Lakin hələ də 1500-ə yaxın erməni hərbçisi itkin hesab olunur. Ermənistan tərəfi isə beynəlxalq humanitar təşkilatlar vasitəsilə hay-küy qaldıraraq Azərbaycanı əsirlərin sayını gizlətməkdə, guya hələ də yüzlərlə əsir saxlamaqda günahlandırırdı. İndi isə məlum olur ki, əslində ölən əsgərlərin bir qisminin meyitlərini elə Ermənistanın özündə gizlədirlər, hansısa zirzəmilərdə, kisələrə doldurulmuş halda. Başqa sözlə, öz ordusunun müharibədə ölən əsgərlərinə qarşı adi insani normalara əməl etməyən ölkə Azərbaycanı humanitar normaları pozmaqda günahlandırmaq heç bir əxlaqa sığmır…