Onların dairəsi ilə bağlı şikayətlər DSK-ya göndərildi – Tam siyahı

0
448

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar bir neçə seçki dairəsində səsvermə nəticələri ilə bağlı müraciətlərə baxılıb.

Bir sıra dairələr üzrə müraciətlər baxılması üçün Dairə Seçki Komissiyalarına göndərilib.

Bunlar aşağıdakılardır:

9 saylı Binəqədi ikinci seçki dairəsi – Lider namizəd Kəmaləddin Qafarov

11 saylı Qaradağ seçki dairəsi – Lider namizəd Aydın Hüseynov

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi – Lider namizəd Xasayeva Səbinə

5 saylı Yasamal seçki dairəsi – Lider namizəd Ülvi Quliyev

16 saylı Yasamal ikinci seçki dairəsi – Erkin Qədirli

18 saylı Nərimanov-Nizami seçki dairəsi – Lider namizəd Rasim Musabəyov

23 saylı Nəsimi-Səbail seçki dairəsi – Lider namizəd Ziyad Səmədzadə

29 saylı Səbail seçki dairəsi – Lider namizəd Nigar Arpadari

31 saylı Suraxanı ikinci seçki dairəsi – Etibar Əliyev

41 saylı Sumqayıt birinci seçki dairəsi – Lider namizəd Hicran Hüseynova

42 saylı Sumqayıt seçki dairəsi – Lider namizəd Tahir Mirkişili

47 saylı Mingəçevir seçki dairəsi – Lider namizəd Aydın Mirzəzadə

54 saylı Şabran-Siyəzən seçki dairəsi – Lider namizəd Qurbanov Sadiq

56 saylı Xaçmaz kənd seçki dairsi – Lider namizəd Mikayılova Sevil

63 saylı Sabirabad birinci seçki dairəsi – Lider namizəd Cəfərov Kamal

72 saylı Yardımlı-Masallı seçki dairəsi – Lider namizəd Musa Qasımlı

77 saylı Astara seçki dairəsi – Lider namizəd Rəşad Mahmudov

78 saylı Lerik seçki dairəsi – Lider namizəd İqbal Məmmədov

79 saylı İmişli seçki dairəsi – Lider namizəd Razi Nurullayev

82 saylı Ağcabədi seçki dairəsi – Lider namizəd Tahir Rzayev

91 saylı Ucar seçki dairəsi – Lider namizəd Ramil Həsən

94 saylı Bərdə kənd seçki dairəsi – Lider namizəd Zahid Oruc

106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi – Lider namizəd Ülviyyə Ağayeva

112 saylı Qax seçki dairəsi – Lider namizəd Azər Kərimli

Qeyd edək ki, MSK-nın növbəti iclası fevralın 17-i saat 16:00-da keçiriləcək. Növbəti daxil olan müraciətlərə həmin iclasda baxılacaq.