
“Fəaliyyətində qüsurlar olan komissiya üzvləri növbəti seçkilərdə olmayacaq”.
Bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qrumun sədri Məzahir Pənahov deyib.
O bildirib ki, fəaliyyətində neqativ hallara yol verən komissiya üzvləri cəzalandırılacaqlar: “Qanun pozuntularına yol verən komissiyalar buraxılacaq. Buna heç kimin şübhəsi olmasın”.