Onlar 30 ilin həsrətinə son qoydular.

0
264

27.11.2021.
İdrisov Ruslan Qabil oğlunun Vətən müharibəsində şəhid olmasının ikinci ildönümü qeyd olundu

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş İdrisov Ruslan Qabil oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən iki il keçir. Bu münasibətlə rayon icra hakimiyyətinin,şəhid ailələri,qazilər, hüquq-mühafizə orqanlarının, Qəbələ TV, idarə, müəssisə, təşkilatların rəhbərləri, Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzi İB Qəbələ rayon nümayəndəliyin rəhbəri, şəhid ailələri, qazilər, şəhidin təhsil aldığı məktəbin kollektivi tərəfindən Ruslan İdrisovun məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur.

Şəhidin anası Səfayə ana çıxış edərək gələn qonaqlara öz təşəkkürünü bildirmişdir.

Çıxış edənlər şəhidin ailəsinə başsağlığı vermişlər.

Tədbir iştirakçıları şəhidin ailəsini evlərində ziyarət etmişlər.
Tədbir ata ocağında ehsan süfrəsi arxasında davam etmişdir

Təranə Alməmmədova

Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzinin, Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyin rəhbəri