On yaşlı azərbaycanlı şahmatçı erməni rəqibinə qalib gəlib

0
206

Azərbaycanlı şahmatçı Antalyada müxtəlif yaş qrupları arasında şahmat üzrə Avropa çempionatında erməni rəqibinə qalib gələrək növbəti tura keçib.

10 yaşlılar arasında (G10) keçirilən yarışda həmyerlimiz Leyla Mirzəliyeva da iştirak edir.

O, beşinci turda erməni rəqibi Harutyunyan Qabrielaya qalib gələrək növbəti turda yunanıstanlı şahmatçı, turun favoriti Lampou Marianta ilə görüşüb.

Yunan rəqibi ilə oyunu heç-heçə bitirən şahmatçımız hazırda sıralamada 1-ci yerdə qərarlaşıb.

Leylanın 7-ci turda rəqibi Polşa təmsilçisi Blanka Eysimont olacaq. Görüş bu gün yerli vaxtla 15:00-da başlayacaq.

Qeyd edək ki, yarış noyabrın 14-nə qədər davam edəcək.