Mütəxəssislər “omikron” ştamının səbəb olduğu koronavirus infeksiyasının yüngül gedişatını əvvəlki variantlarla müqayisədə ağciyərlərdə ştamın aşağı yayılma sürəti ilə əlaqələndirirlər.
Məlumata əsasən, bu nəticəyə bir neçə tədqiqat qrupu gəlib. Belə ki, Yaponiya və ABŞ-dan olan tədqiqatçılar dağsiçanı və siçovulları SARS-CoV-2-nin müxtəlif ştamları ilə yoluxdurublar. “Omikron”la yoluxan gəmiricilərin tənəffüs yolları daha az zədələnib.
Oxşar nəticələr Honq-Konq Universitetinin əməkdaşları tərəfindən əldə edilib, lakin onlar insan orqanizminin toxumaları ilə təcrübə aparıblar. Tənəffüs yollarından götürülən 12 nümunəsində “omikron” “delta”dan daha yavaş yayılıb.