Omikron ölkəmizdə də aşkarlandı: hansı təhlükələr var?

0
292

Omikronun Azərbaycanda aşkarlanması qorxuducu xəbər deyil. Əvvala, qeyd edək ki, bu variantla ölüm halları azalıb.

Bu sözləri həkim-infeksionist Nicat Əzimli ölkəmizdə Omikron ştammının aşkarlanamasından sonra yaranan narahatlıqlara aydınlıq gətirərkən deyib.

O bildirib ki, bu xəstəlik ağciyərin daha az zədələnməsi ilə baş verir:

“Bu ştamma yoluxma zamanı yuxarı tənəffüs yollarında virusun çoxalma sürəti artır. Buna görə Omikronun törətdiyi xəstəlik daha çox qrip xarakterli simptomlarla özünü göstərir. Lakin yoluxuculuq xüsusiyyəti qripdən dəfələrlə yüksəkdir. Bu səbəbdən qısa müddətdə xəstəlik sayındakı kəskin artım səhiyyə sistemini yükləyə, tibbi xidmətin keyfiyyətini aşağı sala bilər. Bu da digər xəstəlikləri olan, yaşlı, immunsupressiv şəxslərin tibbi xidmətdən kənarda qalması təhlükəsini yaradır”, – infeksionist deyib.

N.Əzimli qeyd edib ki, Omikronun ölkədə aşkarlanması ölüm hallarına görə yox, ümumi xəstəlik hallarının kəskin artıması təhlükəsinə görə narahatlıq yaradır:

“Bunu nəzərə alaraq vaksinasiyada iştirak, maskadan istifadə, sosial məsafə və təmizlik qaydalarına ciddi riayət etməkdə fayda var”