Ombudsman: Bundan sonra humanitar dəhlizin açılması…

0
189

Türkiyə, Rusiya və Ukrayna humanitar dəhlizin açılmasını müzakirə edəcək.

Rusiya, Türkiyə və Ukrayna ombudsmanları Moskva ilə Kiyev arasında humanitar dəhlizin açılmasını müzakirə etmək üçün görüş barədə razılığa gəliblər. Ankara vasitəçilik etmək və Ukraynada döyüşlərdən zərər çəkən uşaqlar, qadınlar və yaralılara yardım göstərmək istəyir.

Bu təkliflə Türkiyənin Ombudsmanı Şeref Malkoç çıxış edib.

“Bu mexanizm qurularsa, on minlərlə uşaq Türkiyə vasitəsilə təhlükəsiz şəkildə ailələrinə qovuşacaq”, – deyə Malkoç vurğulayıb. O deyib: “Bizim taxıl dəhlizindən sonra ailələrin, qadınların, uşaqların və yaralıların qovuşması üçün dəhliz açmaq niyyətimiz var”.

Xatırladaq ki, bundan əvvəl Rusiyada insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova Ukraynanın Ombudsmanı Dmitri Lubinets ilə görüşüb, iki ölkə vətəndaşlarına humanitar yardımın göstərilməsi məsələlərini müzakirə etmişdilər