Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çəlik gündəmə dair açıqlamalar verib.
O, Türkiyənin Ukraynadakı hadisələrin nizamlanması məsələsində bütün ölkələrdən daha çox səy göstərdiyini bildirib.
“İstanbul danışıqları müharibə gedişində tərəflər arasında baş tutmuş ən məhsuldar danışıqlardır. Lakin dünya ölkələrinin bu prosesi kifayət qədər dəstəkləmədiyini görürük. Hazırda Ukrayna nizamlanmasında Aİ ölkələrinin görməli olduğu işi Türkiyə təkbaşına icra edir. Halbuki, Buça hadisələri, axan qanın artmasından sonra Rusiya və Ukrayna arasında sülhün əldə olunması getdikcə daha da çətinləşir”, – deyə partiya təmsilçisi bildirib.
O, NATO müttəfiqlərinin Türkiyə tərəfindən terrorçu kimi tanınan bəzi təşkilatların dəstəklənməsindən təəssüfləndiklərini dilə gətirib.
Partiya sözçüsü, həmçinin ABŞ-dan F16 qırıcılarının alınması məsələsinə də toxunub. O, qeyd edib ki, hazırda Türkiyənin istifadəsində olan 79 ədəd təyyarənin təkmilləşdirilməsi və əlavə olaraq 40 ədəd F16 “Viper” qırıcısının alınması üzrə tərəflər arasında danışıqlar gedir.
Mənbə: “Haber Global”