Ölümcül xəstəlik yüzlərlə can alıb

0
429

Filippinin Səhiyyə Nazirliyi çox saylı insan itkiləriylə bağlı denqe epidemiyası haqda məlumat yayıb. Bu haqda “CNN” xəbər vermişdir.

 2019-cu ilin əvvəlindən 146 min nəfər denqe xəstəliyinə yoluxması halları haqda məlumat yayılıb. Nəticədə 622 nəfər artıq dünyasını dəyişib. Bunun ötən ilin göstəricilərinə nisbətən 98% daha çox olması bildirilir. Epidemiyanın elan olunmasından sonra, ölkədə ən çox yoluxmuş bölgələri aşkar etmək üçün xüsusi tədbirlər keçirilir.

Təhlükəli sayılan denqe epidemiyası, tropik və subtropik iqlimli ölkələrdə yayılmışdır. Bunlar Hindistan, Çin, Tailand, İndoneziya, Malayziya, Myanma, Vyetnam Sudan, Mozambik, Honduras, Kosta-Rika, Braziliya və Filippindir.