Ölüm riskini artıran ƏSAS SƏBƏB

0
372
Ölüm riskini artıran ƏSAS SƏBƏB

Erqoterapiya üzrə türkiyəli mütəxəssis Hülya Kayıhan hərəkətsiz həyat tərzinin bütün dünyada ölüm riskini artıran səbəblər arasında birinci yerdə dayandığını bildirib.

Kayıhan xüsusilə ürək və mədə-bağırsaq xəstəliklərinin fiziki hərəkətsizlikdən qaynaqlandığını söyləyib.

Ekspert oturaq həyat tərzinin diabet və hipertoniya kimi bir çox xəstəliyə səbəb olduğuna diqqət çəkib: “Fiziki hərəkətsizlik döş və bağırsaq xərçənginin təxminən 21-25, diabetin 27, ürəyin işemik xəstəliyinin 30 faizinin əsas səbəbi kimi göstərilir”.

Aktiv həyat tərzinin bir çox xəstəliklərin qarşısının alınmasında əhəmiyyətli rol oynadığını izah edən Kayıhan sözlərinə belə davam edib:

“Fiziki fəaliyyət insanın zehni, intellektual sağlamlığında, eləcə də ürək xəstəliklərindən qorunmasında təsirli olur. Piylənmə, yüksək qan təzyiqi, diabet, osteoporoz və bəzi xərçəng növlərinin qarşısını alan ən təsirli və ən ucuz dərmandır. Fiziki fəaliyyət insanı daha enerjili və gümrah edir”.