Ölüm anında insan nə hiss edir? – Alimlər axır ki, tapdılar

0
9

“Öləndən sonra nələr baş verir?” sualı tarix boyu həmişə maraq doğurub.

Kanadada bununla bağlı araşdırma aparılıb.

Kanadalı alimlərin araşdırmaları bu mövzuda yeni fikirlər irəli sürür. Vancouverda aparılan araşdırma zamanı epilepsiyadan əziyyət çəkən 87 yaşlı xəstənin ölüm anındakı beyin fəaliyyəti qeydə alınıb və bu məlumatlar həyatın son anlarında keçmiş xatirələrin canlanması ehtimalını gündəmə gətirib.

Araşdırma zamanı xəstənin ürəyinin dayanmasından əvvəlki və sonrakı 30 saniyə ərzində beyində “gama osilasiya” adlanan dalğaların aktivliyində artım müşahidə edilib. Bu dalğalar anıların xatırlanması və yuxu ilə əlaqələndirilir, bu isə ölüm anında xəstənin həyatındakı vacib xatirələri təkrar yaşadığına işarə edə bilər.

Araşdırmaya rəhbərlik edən Dr. Acmal Zemmar bu tapıntıları “Frontiers in Aging Neuroscience” jurnalında yayımlayıb və beyin fəaliyyətinin ölümə yaxın xatirələrin yenidən xatırlanmasını təmin edə biləcəyini qeyd edib. Bunun ölüm anlayışımıza və hətta orqan bağışının vaxtına dair mühüm suallar doğurduğunu bildirib.

Eyni dalğa dəyişiklikləri daha əvvəl siçanlarda da müşahidə edilib, lakin insanlarda bu ilk dəfədir ki qeydə alınıb. Araşdırma yalnız bir hadisəyə əsaslandığından, nəticələrin dəqiqliyi üçün daha çox tədqiqata ehtiyac olduğu vurğulanır. Bununla belə, araşdırma insan beyninin ölüm anında gözlənilməz şəkildə təsiredici funksiyalar yerinə yetirdiyini göstərir və bu, ölümün insan təcrübəsi ilə bağlı yeni perspektivlər açır.