Ev Gündəm Ölü yerində də tort? – Yas mərasimində YENİLİK – Din xadimi QINADI

Ölü yerində də tort? – Yas mərasimində YENİLİK – Din xadimi QINADI

0
1176

Bir neçə gündür ki, sosial şəbəkədə üstünə “Allah rəhmət eləsin” yazılmış tort şəkli paylaşılır. İddia olunur ki, bu, yas mərasimlərindən birində çəkilmiş fotoşəkildir.

Bu paylaşım insanların böyük qınağına səbəb olub.  Hətta bəziləri bu şəkilə “şamı da mərhum üfürəcək”, “ölən adamın şirinliyidir?” tipli ironiyalı rəy bildiriblər.

Bir qayda olaraq, yas mərasimindəki ehsan süfrələrində halva, qoğal, xurma, turşməzə konfet kimi şirniyyat növləri qoyulur. Baxmayaraq ki, bunu da düzgün hesab etməyənlər az deyil. Bəs belə olan halda yas məclisində tort bişirilməsi, üzərinə “Allah rəhmət eləsin” yazılması nə dərəcədə düzgündür?

Geniş müzakirəyə səbəb olan və etirazla qarşılanan bu hal dində günahdırmı?  Ölüyə tort bişirmək olarmı?

Milli.Az bildirir ki, məsələ ilə bağlı  Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, “Məşədi Dadaş” məscidinin imam camaatı Hacı Şahin Həsənli  Modern.az-a danışıb.

Din xadimi deyib ki,  İslamda bu kimi məsələ ilə bağlı hər hansı bir hökm və ya göstəriş yoxdur:

“Dində bu barədə qadağa olmasa da, yas mərasimlərinin özünəməxsus, yüz illərlə formalaşmış qayda-qanunları var.  Əgər insanlar tort bişirməyə gülüş obyekti kimi səthi yanaşırlarsa, bunu edən adamlar həmin əməldən çəkinsələr, daha yaxşı olar.   Çünki tort bişirilməsi yas mərasiminə qarşı ikrah hissi yaradır və həmin məclis öz məğzindən çıxaraq, gülüş obyektinə çevrilir.  Mən şəxsən bu cür halları məqsədəuyğun hesab etmirəm.

Ümumiyyətlə, bu kimi məslələrdə din qəti göstərişlər vermir, məsələni  insanların öz öhdəliyinə buraxır. İnsanlar da ağılları ilə düşünüb doğru-düzgün qərar versinlər. Dinimiz ümumi olaraq deyir ki, insanlar çalışsınlar barmaqla göstəriləcək bir hərəkət etməsinlər ki, kimlərəsə özlərini güldürməsinlər. Bu cür qaydalardan çıxış edərək, insanlar müəyyənləşdirməlidirlər ki, hansı addımı atmaq olar, hansını yox”.