Ölkələr koronavirusun ikinci dalğası ilə əlaqədar ərzaq ehtiyatı toplamağa başladılar

0
441
Workers unload sacks of wheat flour in a warehouse in Jordan March 12, 2003 as part of World Food Programme plans to preposition food aid before any war in neighbouring Iraq. [Officials from the U.N. agency expect they will need food supplies to feed up to 900,000 displaced people and refugees for two and a half months in countries bordering Iraq in the event of any hostilities.] - RTXLUXM

 

Ölkələr koronavirusun ikinci dalğasının qlobal ticarətə zərər verəcəyi təhlükəsi ilə qida ehtiyatı toplamağa başlayıblar.

Bildirilir ki, pandemiya “təsərrüfatlardan müəssisələrə” tədarük zəncirlərini pozur.

Bu hal əvvəllər dünya mağazalarında boş rəflərlə nəticələnmişdi. Buna görə istehlakçılar gələcək tədarükün kəsilmə ehtimalını nəzərə alaraq, ehtiyat yığmağa qərar veriblər.

Beləliklə, İordaniya rekord buğda ehtiyatı toplayıb. Misir aprel ayından indiyədək alışlarını 50 faizdən çox çox artırıb. Tayvan və Çin strateji qida ehtiyatlarını çoxaldıb.

Agentlikdən o da vurğulanıb ki, alıcı tələbatına görə və Qara dəniz bölgəsindəki quraqlıq səbəbindən qarğıdalıdan şəkərə qədər olan məhsulların qiymətlərində artım müşahidə edilib.