Ölkədə yeni doğulan körpələrin sayı azalıb, ölüm halı isə artıb

0
307

Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbələri tərəfindən cari ilin ilk iki ayı ərzində ölkədə 20 min 984 yeni doğulan körpə qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə bu göstərici 13 təşkil edir.

İlin iki ayı ərzində doğulan körpələrin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 1 337 nəfər, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə isə 2 416 nəfər azdır.  

Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Körpələrdən 510-u əkiz, 9-u isə üçəm doğulanlardır.

2021-ci ilin yanvar-fevral aylarında ölkədə 13 min 338 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 8,2 təşkil edib.

Ölkə üzrə 2021-ci ilin yanvar-fevral aylarındakı ölüm halı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 3 122 və 2019-cu ilin eyni dövrü ilə müqayisədə isə 3 090 nəfər çoxdur.