
Mərkəzi Bankın 29 sentyabr 2021-ci il tarixli qərarı ilə 27 sığorta agentinə verilmiş lisenziyaların qüvvəsi 3 ay müddətinə dayandırılıb.
Bu qərar “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 106.1.1-ci maddəsinə müvafiq olaraq verilmiş təqdimatların vaxtında və tam yerinə yetirilməməsi ilə əlaqədar verilib.
Lisenziyalarının qüvvəsi dayandırılan hüquqi və fiziki şəxs olan sığorta agentlərinin siyahısı ilə linkdən tanış ola bilərsiniz.