Ölkə prezidenti cərimələnib

0
545

Çilinin Pukon şəhərinin məhkəməsi prezident Sebastyan Pinerunun 4,93milyon Çili pesosu (6,8 min dollar-red) məbləğində cərimə edilməsi barədə qərar çıxarıb.

Məlumata görə, cərimə evin tikintisi zamanı yol verilmiş pozuntularla bağlıdır. Belə ki, tikinti işlərinin qəbulu haqqında akt rəsmiləşdirilməyib. Məhkəmə bu pozuntuya görə maksimal cərimə təyin edib.

Qeyd edilir ki, dövlət başçısı artıq cəriməni ödəyib.

Məhkəmə evin sökülməsi haqqında ərizəni rədd edib.