Olimpiya çempionumuz Tokioya vəsiqə üçün mübarizəyə qoşulur

0
255

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən taekvondo üzrə Avropa Olimpiya Təsnifat Turnirində bu gün daha bir idmançımız Olimpiadaya lisenziya qazana bilər.

Rio Olimpiadasının Azərbaycan üzrə yeganə Olimpiya çempionu Radik İsayev bu gün mübarizəyə qoşulacaq.

80 kq-dan yuxarı çəkidə döyüşən Radik İsayevin rəqibi 1/4 finalda Miloş Qoluboviç (Serbiya) – Miloş Pilipoviç (Norveç) cütünün qalibi olacaq. Dağıstan əsilli idmançımız iki qələbə qazanıb finala çıxacağı halda, Olimpiadaya növbəti dəfə lisenziya qazanmış olacaq.

Qeyd edək ki, taekvondo üzrə Azərbaycan millisi Olimpiadaya dörd mümkün lisenziyadan artıq ikisini əldə edib. Fəridə Əzizova (-67 kq) və Milad Beiqi (-80 kq) Tokio-2020-də növbəti dəfə mübarizə aparacaqlar.