Artıq respublika fənn olimpiadalarının qalibləri Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul ola biləcəklər.
Həmin qaliblərin hansı ixtisaslara qəbul olmaq şansı ilə bağlı təhsil eksperti Kamran Əsədov siyahı təqdim edib.
Həmin siyahıda verilən ixtisaslar bunlardır:
Azərbaycan dili və ədəbiyyat fənni üzrə qalib gələnlər:
1. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi;
2. məktəbəqədər təlim və tərbiyə;
3. ibtidai sinif müəllimliyi;
4. korreksiyaedici təlim;
5. filologiya (dil və ədəbiyyat göstərilməklə);
6. jurnalistika;
7. kitabşünaslıq;
Tarix fənni üzrə qalib gələnlər:
1. tarix;
2. tarix müəllimliyi;
3. tarix və coğrafiya müəllimliyi;
4. antropologiya;
5. politologiya;
6. fəlsəfə;
7. kitabşünaslıq;
8. sosiologiya;
9. muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması;
Coğrafiya fənni üzrə qalib gələnlər:
1. coğrafiya;
2. coğrafiya müəllimliyi;
3. tarix və coğrafiya müəllimliyi;
4. regionşünaslıq (regionlar üzrə);
5. ekologiya; 6. hidrometeorologiya;
Riyaziyyat fənni üzrə qalib gələnlər:
1. riyaziyyat;
2. riyaziyyat müəllimliyi;
3. riyaziyyat və informatika müəllimliyi;
4. mexanika;
5. kompüter elmləri;
6. kompüter mühəndisliyi;
7. mexatronika və robototexnika mühəndisliyi;
8. enerji maşınqayırma mühəndisliyi;
9. maşın mühəndisliyi;
10. geofizika mühəndisliyi;
11. neft-qaz qurğuları mühəndisliyi;
12. elektroenergetika mühəndisliyi;
13. istilik energetikası mühəndisliyi;
14. avianəqliyyat istehsalatının təşkili mühəndisliyi;
15. aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi;
16. hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi;
17. hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi;
18. gəmiqayırma və gəmi təmiri mühəndisliyi;
19. yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi;
20. cihazqayırma mühəndisliyi;
21. texnoloji maşın və avadanlıqlar mühəndisliyi;
22. elektrik mühəndisliyi;
23. elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi;
24. mexanika mühəndisliyi;
25. kompüter mühəndisliyi;
26. informasiya texnologiyaları və sistemləri mühəndisliyi;
27. inşaat mühəndisliyi;
28. nəqliyyat tikintisi mühəndisliyi;
29. tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi;
30. statistika;
Fizika fənni üzrə qalib gələnlər:
1. fizika;
2. fizika müəllimliyi;
3. mexanika;
4. geofizika mühəndisliyi;
5. elektroenergetika mühəndisliyi;
6. elektrik mühəndisliyi;
7. materialşünaslıq mühəndisliyi;
Kimya fənni üzrə qalib gələnlər:
1. kimya;
2. kimya müəllimliyi;
3. kimya və biologiya müəllimliyi;
4. ekologiya;
5. qida məhsulları mühəndisliyi;
Biologiya fənni üzrə qalib gələnlər:
1. biologiya;
2. biologiya müəllimliyi;
3. kimya və biologiya müəllimliyi;
4. ekologiya;
5. balıqçılıq və balıqçılıq təsərrüfatı işi;
6. su bioehtiyatları və akvabitkilər;
7. bitki mühafizəsi;
8. aqronomluq;
9. zootexniklik;
10. baytarlıq;
11. psixologiya;
12. qida məhsulları mühəndisliyi;
İnformatika fənni üzrə qalib gələnlər:
1. riyaziyyat və informatika müəllimliyi;
2. informatika müəllimliyi;
3. kompüter elmləri;
4. kompüter mühəndisliyi;
5. proseslərin avtomatlaşdırılması mühəndisliyi;
6. informasiya texnologiyaları;
7. sistem mühəndisliyi;
8. mexatronika və robototexnika mühəndisliyi.