Öldürülmüş körpələrin QANINI İÇƏN qadın – FRANSANIN DƏHŞƏTLİ ÜZÜ

0
527

Şəhvətpərəstliyi ilə məşhur olan günəş-kral XIV Lüdovikin macəralarına əfsanələr qoşulurdu. Onun məşuqələri arasında Fransanın ən gözəl və zadəgan qadınları var idi və onların əksəriyyəti rəqiblərini aradan qaldırmaq üçün əllərindən gələni edirdilər. Markiza de Montespanın adı tarixə təkcə kral üçün yeddi övlad dünyaya gətirmiş bir sevgili kimi deyil, həm də məqsədlərinə çatmaq üçün ən çirkin üsullardan belə iyrənməyən qəddar bir cinayətkar qadın kimi yazıldı.

Öz mənfi obrazını tarixə yazmış bu məşum qadın haqqında yazını dəyərli oxucularımıza təqdim edirik.

Öldürülmüş körpələrin QANINI İÇƏN qadın - FRANSANIN DƏHŞƏTLİ ÜZÜŞəkil 1. Rəssam Ş.Bobran. Solda – “Madmazel de Tonne-Şarantın portreti”, təqribən 1660-cı il. Sağda – XIV Lüdovik.

Kraliçanın saray xanımlarından biri olan gənc Fransuaza-Atenais de Montespan, qız vaxtı madmazel de Tonne-Şarant, Fransanın ən qədim kübar ailələrindən birinə aid idi. Son dərəcə fərasətli və acıdil olan bu xanım

kralın öz növbəti rəsmi sevgilisi Luiza de Lavalyerə qarşı soyuduğunu öyrəndikdə, nə yolla olursa-olsun, onun yerini tutmağı qərar vermişdi. Markiza de Montespan Luizanın tam əksi idi: o, sadə və xoşxasiyyət olduğunu nümayiş etdirir, şikayət və göz yaşları ilə kralı usandırıb, zəhləsini tökmürdü. Üstəlik, Atenais kifayət qədər yaraşıqlı bir xanım idi, bu səbəbdən XIV Lüdovikin diqqətini cəlb etmək onun üçün heç də çətin olmadı.

Öldürülmüş körpələrin QANINI İÇƏN qadın - FRANSANIN DƏHŞƏTLİ ÜZÜ

Şəkil 2. Solda – Luiza de Lavalyer, sağda -rəssam K.Lefebr – “Luiza de Lavalyerin Diana obrazındakı portreti”.

Öldürülmüş körpələrin QANINI İÇƏN qadın - FRANSANIN DƏHŞƏTLİ ÜZÜ

Şəkil 3. Rəssam Larjilyer. “Markiz de Montespan”.

Onun həyat yoldaşı – kifayət qədər yoxsul birisi olan markiz de Montespan cəmiyyətdə bu və ya digər məqama və ya nüfuza malik deyildi. Lakin o, arvadını dəlicəsinə sevir və iztirablı şəkildə onu rəqibinə qısqanırdı. Günlərin bir günü markiz səfərdən qayıtdıqda, Atenaisin kraldan hamilə olduğunu öyrənir. Bu zaman XIV Lüdovik markizin Fransanı tərk etməsini əmr edir. Markiz malikanəsinə qayıdır və əsl tamaşa təşkil edir, arvadının “təkəbbürü və naz-qəmzəsi səbəbindən” vəfat etdiyini bəyan edərək, onun üçün cənazə duası (messa) sifariş edir. Markizin ölümündən sonra onun arvadına yazdığı məktublar tapılmışdı: ayrıldıqlarından ötən 35 il boyunca o, arvadını sevməyə davam

edibmiş.
Öldürülmüş körpələrin QANINI İÇƏN qadın - FRANSANIN DƏHŞƏTLİ ÜZÜŞəkil 4. Solda – XIV Lüdovikin gənclik dövrü. Sağda – XIV Lüdovik yetkin yaşlarında. Portretlərdən reproduksiyalar.

Həmin vaxt Atenais artıq “Fransanın həqiqi kraliçası” qeyri-rəsmi tituluna yiyələnmişdi. 1667-1683-cü illəri əhatə edən dövrdə o, kral sarayı üzərində böyük nüfuza malik idi. Atenais kral üçün yeddi övlad dünyaya

gətirdi və XIV Lüdovik bu uşaqların qanuni doğulduğunu qəbul edərək, onlara Burbon soyadını verdi. Beləliklə, qanuni kraliçanın cəmisi 11 otağının olduğuna rəğmən, Atenais Versalda 20-otaqlı böyük bir saraya köçdü.

Öldürülmüş körpələrin QANINI İÇƏN qadın - FRANSANIN DƏHŞƏTLİ ÜZÜ

Şəkil 5. XIV Lüdovik.

Öldürülmüş körpələrin QANINI İÇƏN qadın - FRANSANIN DƏHŞƏTLİ ÜZÜ

Şəkil 6. Solda – Rəssam Ş. de Lafoss. –

“Markiza de Montespan dörd qanuniləşdirilmiş övladı ilə”, 1677-ci il. Sağda – XIV Lüdovik.

Kral üzərindəki şəriksiz səlahiyyətinə baxmayaraq, markiza de Montespan gənc rəqiblərindən ehtiyat edir və nüfuzunu itirməkdən qorxurdu. O dövrdə xanımlar cadugarların xidmətlərindən çox istifadə edirdilər. Ali təbəqənin xanımları da bu üsuldan səkinmirdi. Möcüzəli dava-dərmanlar xanımlara arzuolunmaz hamiləlikdən qurtulmaqda, əbədi gəncliyə və gözəlliyə yiyələnməkdə, rəqibləri aradan qaldırmaqda və ya sevgili yarın hüsn-rəğətini geri qaytarmaqda yardımçı olurdu.
Öldürülmüş körpələrin QANINI İÇƏN qadın - FRANSANIN DƏHŞƏTLİ ÜZÜŞəkil 7. XIV Lüdovik.


Öldürülmüş körpələrin QANINI İÇƏN qadın - FRANSANIN DƏHŞƏTLİ ÜZÜŞəkil 8. Markiza de Montespan

Madam de Montespan Parisin La Vuazen adlı ən məşhur cadugar qarısına müraciət etdi. Rəqibi Luiza de Lavalyeri aradan qaldırmaq üçün Atenais nəinki xidmətlərindən yararlandığı qarıların əməyini qızılla ödəməyə, hətta özü də ən iyrənc ayinlərdə iştirak etməyə razı idi. Ona öldürülmüş körpələrin qanını içirib, bu qandan üzərinə çəkirdilər, o, cadugar qarının şeytana müraciət etdiyi sözləri təkrarlayır, kralın yeməyinə ovsunlanmış

cövhərlər, Lavalyerin yeməyinə isə müxtəlif cür zəhərlər qatırdı.

Öldürülmüş körpələrin QANINI İÇƏN qadın - FRANSANIN DƏHŞƏTLİ ÜZÜ

Şəkil 9. Solda – naməlum rəssam – “Madam de Montespanın portreti”, XVII əsrin ikinci yarısı. Sağda – rəssam P.Minyar. – “Fransuaza-Atenais Roşeşuar, markiza de Montespan”.

Markiza de Montespanın qara messalarda iştirakı 1679-cu ildə gözlənilmədən “zəhərlər haqqında iş”in ətrafında güclü qalmaqal yarandığı vaxtda üzə çıxdı: bir nəfər cadugar falçı ziyafətlərin birində şərabdan sərxoşlanaraq, adlı-sanlı müştəriləri ilə öyünürdü. Polislərin müştərilərin kimliyi ilə maraqlanması nəticəsində istintaq başlanıldı və bu istintaqın gedişatında saray əhlinin böyük əksəriyyətinin qara magiya ilə zəhərlərdən yararlandığı məlum oldu. 106 nəfər təqsirkar elan edildi, onların bir hissəsi diri-diri yandırıldı, qalanı isə həsxanalara atıldı.

Öldürülmüş körpələrin QANINI İÇƏN qadın - FRANSANIN DƏHŞƏTLİ ÜZÜ

Şəkil 10. Madam de Montespan övladları ilə, 1678.

İstintaq zamanı işgəncələr altında La Vuazen müştəriləri arasında markiza de Montespanın da olduğunu etiraf etmişdi. Kral sevgilisinə qarşı söylənilən bütün şahid ifadələrinin ləğv edilməsini əmr etsə də, onun çirkin əməllərini bağışlaya bilməmişdi. Markiza öz malikanəsinə köçmək məcburiyyətində qaldı, kral da tədricən ona qarşı soyudu. Yaşlandıqda peşmanlıq çəkən markiza ömrünün qalan hissəsini xeyriyyəçiliyə həsr etmiş, uşaq evləri, qocalar evləri, yoxsul qızlar üçün pansion və s. açaraq, bütün var-dövlətini kasıblara paylamışdı. Onun 1707-ci ildə vəfat etdiyi xəbərini kral soyuqqanlılıqla qəbul etdi. Onun artıq çoxdan idi ki, yeni bir sevgilisi var idi və bu sevgilinin qismətində XIV Lüdovikin gizli arvadı olmaq var idi.