Avstraliyalı Mişel Burk uzun illər həyat yoldaşı ilə dünya səyahətinə çıxmağı planlaşdırıb.
Mişelin bu arzusu həyat yoldaşının vəfat etməsi ilə yarımçıq qalıb.
Uzun götür-qoydan sonra Mişel qeyri-adi bir yola əl atıb. O, ölmüş həyat yoldaşının toy günü çəktirdiyi şəklindən böyük bir maket hazırladaraq onunla yarım qalan arzusunu tamamlamaq qərarına gəlib. Ürəyindəki istəyini az da olsa dindirdiyini söyləyən Mişel, 30 il birlikdə yaşadığı Paul Burkla dünya turuna başlayıb. Cütlük bu vaxta qədər San Fransisko, London, Edinburq, Paris və sair yerləri gəzib. Mişel bəzi səyahətlərdə hətta yanındakı şəkil üçün də əlavə bilet alaraq ölmüş həyat yoldaşını yanında əyləşdirir. Bəzi vaxtlarda isə maketi qatlayıb çantasında gəzdirən Mişel, bu səyahət haqqında kitab yazmağı planlaşdırır.