Ölən bu hərbçilər də günahsız imiş… – “Tərtər işi”

0
196

Baş Prokurorluq “Tərtər işi” ilə bağlı məhkum edilmiş şəxslərdən daha ikisinin günahsız olmasının müəyyən edilməsi barədə məlumat yayıb.

Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, istintaqla mərhum Hüseynov Mehman Telman oğlu və Ağazadə Elxan Kəmaləddin oğlu ilə əlaqədar bütün xüsusatlar tam, hərtərəfli və obyektiv araşdırılıb. Onların təqsirlilikləri sübuta yetirilmədiyindən barələrindəki cinayət təqibinə bəraətverici əsaslarla (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsi) xitam verilməsi haqqında qərarlar qəbul edilib