Oksigen qıtlığı səbəbindən səhiyyə sisteminin çökmə təhlükəsi olan ölkələr

0
386

Dünyada tibbi oksigen ehtiyacında ən sürətli artım müşahidə olunan 19 ölkə müəyyən edilib.

“The Guardian” xəbər verir ki, oksigen ehtiyacı mart ayından azı 20 faiz artan və əhalisinin 20 faizi vaksinasiya olunan ölkələr risk qrupundadır.

Oksigen qıtlığını ən çox yaşayan ölkələr arasında Nepal, İran və Cənubi Afrika öndə gəlir.

Eyni zamanda, Hindistan, Argentina, Flippin, Malayziya, Pakistan, Kosta Rika və Ekvadorda da səhiyyə sisteminin çökmə təhlükəsi var.

Daha az miqdarda oksigen ehtiyacının da səhiyyə sistemi zəif ikişaf etmiş Nigeriya, Malavi, Efiyopiya və Zimbabve kimi ölkələrdə və Laosda ciddi problemlər yaradacağı qeyd edilir.

Hindistandanın təlabatı artırmaq üçün yerli istehsalı olan tibbi avadanlıqların ixracatını saxlamasının ondan maye oksigen alan qonşuları Nepal, Banqladeş, Şri-Lanka və Myanmanın da səhiyyə sisteminə pis təsir edəcəyinə diqqət çəkilir.