Ohanyanın ölüm səbəbi: Özünü asıb, yoxsa asıblar?

0
148

Çağırışçı əsgərin meşədə asılmış meyiti tapılıb.

Ermənistan İstintaq Komitəsi çağırışçı Andranik Ohanyanın ölümünün hansı şəraitdə baş verdiyini araşdırır.

İstintaq Komitəsinin yaydığı məlumata görə, martın 8-də Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polisinin Berd şöbəsinə elə həmin gün bir nəfərin meyitinin tapılması barədə məlumat daxil olub.

Andranik Ohanyanın cəsədi meşədə ağacdan asılı vəziyyətdə tapılıb.

Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 522-ci maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlanıb.