Oğul atasının iş yerində ÖLDÜ

0
13

Kürdəmir rayonunda 26 yaşlı oğlan atasının iş yerində qəfildən ölüb.

Hadisə rayonun Ərşəli kəndində qeydə alınıb.

İlkin məlumata görə, 1999-cu il təvəllüdlü Fərzəliyev Fərasət Azad oğlu atasının işlədiyi avtoyuma servisinə gəlib. Bu zaman o, ürəktutmasından müvazinətini itirərək yıxılıb və həyatını itirib.

Onun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.