Ofisdə çalışanların ən çox üzləşdiyi xəstəliklər

0
314
Young woman having back pain while sitting at desk in office
Young woman having back pain while sitting at desk in offic

Statistikaya görə, ofis işçiləri həftənin 45-70 saatını oturaq vəziyyətdə keçirirlər. Həmin rejimə alışdıqları üçün ilk vaxtlar onların orqanizmində heç bir narahatlıq hiss edilmir. Lakin zaman keçdikcə iş rejimi, qapalı mühit, oksigenin kifayət qədər olmaması və hərəkətsizlik öz fəsadlarını göstərir.

Ofis işçilərinin ən çox üzləşdikləri narahatlıqlar sırasında oynaq xəstəlikləri üstünlük təşkil edir. Uzun müddət oturaq həyat keçirənlərdə ayaq əzələləri zəifləyir və müəyyən fəsadlara zəmin yaranır. Ofis şəraitində hava-damcı infeksiyalarına tez yoluxmaq da mümkündür. Çünki iş şəraitində müxtəlif bakteriyaların çoxalması üçün münbit şərait mövcuddur. Mütəxəssislərin dediyinə görə, qapalı məkan şəraitində işləyənlər əlləri, o cümlədən də tez-tez toxunulan əşyaları nəm salfetlərlə təmizləməli və dezinfeksiya etməlidirlər.

Oturaq iş rejimi artıq çəki əmələ gəlməsinə səbəb olur. Buna görə iş zamanı ara vermədən qidalanmaq yolverilməzdir. Britaniyanın elm adamları belə qənaətə gəliblər ki, ac olmadan qəbul edilən karbohidrat orqanizmdə artıq piy toxumasına çevrilir. Ona görə də yeməkdən 20 dəqiqə sonra yarım saat açıq havada hərəkət etmək məsləhət görülür. Qapalı, havasız mühit immunitetin zəifləməsinə, nəticədə isə ürək-damar sistemi xəstəliklərinə zəmin yaradır. Bu məqam stressə də yol açır və yuxusuzluğun yaranmasına təkan verir. Müəyyən edilib ki, oturaq iş rejimində stressdən uzaq olmaq üçün zəncəfil çayı içmək, tez-tez havaya çıxmaq və sintetik materiallardan istifadə etməmək zəruridir.

Ümumiyyətlə, ofis şəraitində işləyənlər stress keçirdikdə və çox yorulduqda 3-4 günlük məzuniyyət götürməli, təmiz havada vaxt keçirməlidirlər. Yorğunluq keçməyəndə həkimə müraciət etmək mütləqdir.