Odessaya GECƏ HÜCUMU: Rus qoşunları 17 “Şahed”i işə saldı, 14-ü VURULDU

0
143

Bu gecə, aprelin 4-də Rusiya hərbçiləri İran istehsalı olan “Şahed-136/131” hücum PUA-larından istifadə edərək cənubdan Ukraynaya hücum edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin “Telegram” kanalına istinadla xəbər verir .

Bildirilir ki, Azov dənizinin şərq sahili ərazisindən ümumilikdə 17-yə qədər PUA-nın buraxılışı qeydə alınıb. “Cənub” hava komandanlığının zenit müdafiə qüvvələri və vasitələri 14 “Şahed”i məhv edib.

“Düşmən indicə Odessa viyalətinə və Odessa rayonuna hücum PUA-ları ilə zərbə endirib. Hava hücumundan müdafiə bölmələrinin məlumatına görə, itkilər var. Bir daha vurğulayırıq ki, müharibə dövründə bütün hadisələri şərh etmək və ya sosial şəbəkələrdə nümayiş etdirmək mümkün deyil”, – Odesa vilayətinin rəhbəri Yuri Kruk deyib.

Xatırladaq ki, aprelin 4-nə keçən gecə Odessada güclü partlayışlar baş verib və hadisədən sonra şəhərdə hava xəbərdarlığı elan edilib