Ukrayna prezidenti Petro Poroşenko aprelin 8-də Odessa vilayətinin qubernatoru Maksim Stepanovun işdən çıxarılması barədə əmr imzalayıb.
Qubernator postunu tərk etmək istəməyib və prezidentin fərmanını əsassız hesab edib.
Maksim Stepanov brifinq zamanı jurnalistlərə bildirib ki, Poroşenkonun əmrinə tabe olmayacaq və vəzifəsinin icrasına davam edəcək.
Qubernatorun sözlərinə görə, Poroşenko ondan istefa ərizəsi yazmasını istəyib: “Poroşenkonun əmri ölkə qanunvericiliyinə uyğun deyil, yalnız Ali Rada qərar çıxararsa, mən qubernator postunu tərk edəcəm”.
Ölkə KİV-ləri qubernatorun bəyanatını dövlət başçısına qiyam kimi qiymətləndiriblər.