Ötən gün Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. O görüş zamanı sülhün bütün detallarını və şərtlərini açıqlayıb.
Türkiyənin ölkəmizdəki keçmiş səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç açıqlamasında deyib ki, Ermənistan üçün sülh lazımdır:
“Azərbaycan torpaqlarının ərazi bütövlüyünü, davamlılığını bərpa edib. Prezident yerli televiziya kanallarına verdiyi açıqlamada bunu açıq şəkildə bildirdi. Bu günə kimi neçə dəfə təkliflər oldu. Artıq sonuncu təkliflər indi sülh müqaviləsini imzalamaq üçün lazım olan şeyləri yaratdığı anlaşılır. Biz bilirik ki, Ermənistanda bəzi şəxslər bu sülh müqaviləsinin imzalanmasını gecikdirirlər. Azərbaycanın son təkliflərə 70 gündən sonra cavab verməsi bunu açıq şəkildə göstərir.
Növbəti dövrdə tərəflərin bir araya gələrək barışıq sazişini yekunlaşdıracağını gözləyirik. İndi Azərbaycan sülh şəraitində də, 44 günlük müharibədə də öz şərtlərini qoyacaq. Bu belə olub, belə də olacaq. Təbii ki, şərtlər beynəlxalq hüquq normalarına uyğundur. Ermənistanın son təkliflərində Qarabağ və Qarabağla bağlı heç bir mühüm məsələnin olmaması sülh sazişinin imzalanması üçün mühüm element kimi qiymətləndirilir”.
Sabiq səfir əlavə edib ki, Ermənistan indi yeni reallıqla barışmalıdır:
“Bu yeni reallıq ondan ibarətdir ki, Azərbaycan öz torpaqlarını alıb. O torpaqlar onsuz da Ermənistana aid deyildi. Sülh müqaviləsi imzalansa Türkiyə ilə Ermənistan arasında münasibətlər normallaşacaq. Əvvəla bu, vacib məsələdir. Bu nə deməkdir? Ermənistanla sərhədi açacaq, diplomatik əlaqələr quracaq. Türkiyə və Azərbaycanın xalqları arasında düşmənçiliyi yoxdur.
Amma problemi yaradan siyasətçilərdir. Sülh müqaviləsinin tezliklə imzalanması regionda sülhün, təhlükəsizliyin, sabitliyin və inkişafın başlanğıcıdır. Sülh sazişi üçün Azərbaycan müasir, inkişaf etmiş dövlət kimi üzərinə düşəni etməyə hazırdır. Biz bu sülh sazişinin imzalanmasını gözləyirik. 2024-cü il Azərbaycan, Türkiyə və Ermənistan münasibətləri üçün çox mühüm il olacaq”.