“O, milli-mənəvi dəyərləri gələcək nəsillərə daha da zənginləşdirilmiş halda ötürəcək…”

0
556

Bildiyimiz kimi bu gün Yeni çağırış Milli Məclisin iclasında deputat Qənirə Paşayeva yeni vəzifəyə seçilib. Belə ki, bitərəf deputat Qənirə Paşayeva Mədəniyyət komitəsinin sədri olub.
Açıqlama verən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bildirib ki, Qənirə xanıma belə yüksək etimad göstərilməsi tək Azərbaycanın deyil, Türk dünyasının mədəniyyəti üçün gözəl xəbərdir:
“Qənirə Paşayeva çox istedadlı, savadlı, ziyalı bir xanımdır. Fəal millət vəkili kimi həmişə çıxışları ilə yadda qalır. Onun gördüyü işlər haqqında müsbət fikirlər söyləməyi diktə edir. Bir sözlə, o kifayət qədər sanballı parlamentaridir. Düşünürəm ki, Mədəniyyət komitəsinin sədri kimi də o, öz işinin öhdəsindən layiqincə gələcək.
İnanıram ki, Qənirə xanım milli-mənəvi dəyərləri gələcək nəsillərə daha da zənginləşdirilmiş halda ötürməyə nail olacaq. Şübhəsiz ki, mədəniyyət dəyişmədən və zənginləşdirilmədən varlığını qoruya bilməz.
Bu məqsədlə müasir mədəniyyət siyasətində yaradıcı və qurucu səciyyəli hər cür fəaliyyət təşviq edilməli, yeni qabiliyyətlərin kəşf edilməsi, istiqamətləndirilməsi, dəyərləndirilməsi fəaliyyətlərinə mühüm əhəmiyyət verilməlidir.  Düşünürəm ki, Türk mədəniyyəti və incəsənətinin çiçəklənməsi naminə də gözəl işlər görüləcək”