O BİR DÖVLƏT İGİDİDİR

0
296


2023-cü il 10 iyulda ölkə prezidenti İlham Əliyevin Sərəncamı ilə Mirsaleh Seyidovun Ədliyyə Nazirinin müavini, Penitensiar Xidmətin rəisi vəzifəsinə təyinatı məhkumlar arasında ən böyük amnistiya aktı kimi qəbul olunmuşdur.

Bizim ölkədə yüksək vəzifə sahibi olan şəxslərin hər biri barədə müsbət fikir söyləmək çox çətindir. Ancaq onların arasında xalqına sədaqətlə, fədakarcasına xidmət edən dahi insanlar da var.
Bu gün həmin insanlar arasında xüsusi mövqe tutmuş, təkəbbürdən və zəlalətdən uzaq, həyatındakı bütün müvəffəqiyyətlərə şəxsi arzusu, gərgin zəhməti, qazandığı yüksək etibar və ləyaqətlə nail olmuş, sədaqət titulları ilə minlərlə insanın sevgisini qazanmış Azərbaycan Ədliyyə Nazirinin müavini Penitensiar Xidmətin rəisi, ədliyyə general-mayoru Mirsaleh Miradil oğlu Seyidov haqqında söhbət açırıq.
Bu gün 47 yaşı tamam olan bu gözəl insanın uşaq ikən – 10-15 yaşlarında anasına “mənim məqsədim general olmaqdır” – sözünü deməsi 30 ildən sonra onun həyatında öz əksini tapmışdır.
O, gözəl bir ailədə, gözəl bir nəsildə böyümüşdür. Zəngəzurda və İrəvan xanlığında tanınmış Seyid Miriş Baba deyilən bir ocağın nəvəsidir. Onun hər bir imkanı var idi ki, prokurorluq, polis orqanlarında, digər xidmətlərdə də işləsin. Ailə vəziyyəti buna imkan verirdi, böyük bir nəslin övladı idi. Ancaq buna baxmayaraq, 1998-ci ildən öz könüllü arzusu ilə 21 yaşında Penitensiar Xidmətə gəlmişdir.
Və o vaxtlara qədər Penitensiar Xidmətdə olan özbaşınalıq, işgəncələr, məhkumlara qarşı hüquqların pozulması, onların qida rassionlarının çox zəif və yararsız olması – bütün bu neqativ halların aradan qaldırılmasında onun böyük xidmətləri olmuşdur.

25 il bu xidmətdə ləyaqətlə, şərəflə, qüsursuz və nöqsansız çalışan Mirsaleh Seyidov ölkə başçısı İlham Əliyevin Sərəncamı ilə Penitensiar Xidmət rəisi təyin edilmişdir.
O hər vəzifədə öz əqidəsi, öz dürüstlüyü, öz ədaləti ilə nəinki kollektivin, hətta məhkumların da qəlbində sevilən bir şəxsiyyət kimi yer almışdır. Penitensiar Xidmətdə başqa-başqa sahələrdə olan çatışmazlıqlar Mirsaleh Seyidovun şəxsi nüfuzu hesabına öz həllini tapmışdır.
İndi isə gəlin bu əvəzsiz şəxsiyyətin, xalqımızın müdrik, xeyirxah ədalət qoruyucusunun həyat yolu ilə yaxından tanış olaq.

Mirsaleh Miradil oğlu Seyidov 1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bakalavr (fərqlənmə ilə), 2002-ci ildə isə magistr (fərqlənmə ilə) pilləsi üzrə bitirib. 1999-cu ilin yanvar ayından Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Əməliyyat-rejim şöbəsinin rejim və nəzarət xidmətinin təşkili bölməsinin nəzarətçilər üzrə inspektoru vəzifəsində əmək fəaliyyətinə başlayıb, fevral ayından isə həmin İdarənin Rejim-nəzarət şöbəsinin inspektoru vəzifəsinə təyin olunub. 2001-ci ilin avqust ayında Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin 3 saylı istintaq təcridxanasının Rejim mühafizə və nəzarət şöbəsinin rəisi, 2006-cı ilin noyabr ayından Penitensiar xidmətin 3 saylı istintaq təcridxanasının tərbiyə işləri üzrə rəis müavini, 2008-ci ilin fevral ayından isə 3 saylı istintaq təcridxanasının əməliyyat-rejim işləri üzrə rəis müavini vəzifəsində xidmət edib. 2009-cu ilin fevral ayından Penitensiar xidmətin 15 saylı cəzaçəkmə müəssisəsinin rəisi, 2011-ci ilin avqust ayından 2016-cı ilin fevral ayınadək isə 10 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsində işləyib. 2016-cı ilin fevral ayından 2023-cü ilin iyul ayınadək Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinin rəisi vəzifəsində çalışıb. 2023-cü il iyul ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamla ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi təyin edilib. 2023-cü il noyabr ayının 21-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamla ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib. Azərbaycan Respublikasının Prezidentinin 63 nömrəli Sərəncamı ilə 21.11.2018-ci il tarixdə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. 2018-ci ildə “Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918−2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib. 2023-cü ildə “Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993-2023); Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib. 2023-cü ildə “Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993-2023); Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib. 2023-cü ildə “Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993-2023); Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 4289 nömrəli Sərəncamı ilə 2 fevral 2024-cü il tarixdə
“Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib. Ailəlidir, 2 övladı var.

Sonda həyatının hələ erkən yaşında bu gözəl titullara yiyələnmiş Mirsaleh Seyidova daima yüksək etimadının qorunmasını, şəxsi potensiallarının hər zəhmətə davamlı olmasını arzu edirik.

DAMM, İNK kollektivi