Nyu-York meri Bill de Blazio sentyabrın 2-si axşam saatlarında gözlənilən güclü yağış səbəbindən fövqəladə vəziyyət elan edib.
Bu barədə o “Twitter” hesabında məlumat verib:
“Bu gecə Nyu-Yorkda fövqəladə vəziyyət elan edirəm. Tarixi hava fəlakətləri ilə üzləşirik – bütün şəhərdə rekord yağış, yollarda şiddətli daşqın və təhlükəli şərait var”.
Əvvəlki paylaşımında mer maşın sürən sakinləri ehtiyatlı olmağa çağırmışdı.