Nyu-Yorkda Ermənistanın təxribatlarına dair məlumatlandırma aksiyası təşkil edilib – FOTO

0
153

ABŞ-ın Nyu-York şəhərində Ermənistanın hərbi təxribatları və təcavüzkar siyasəti ilə bağlı məlumatlandırma aksiyası keçirilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, aksiya zamanı meqapolisin tarixi mərkəzi sayılan Manhetten rayonunda Azərbaycan həqiqətlərinin əks olunduğu LED ekranlı avtomobil hərəkət edib. Ekranda “Azərbaycan sülh istəyir, Ermənistan müharibə istəyir!”, “Ermənistan faktları təhrif edir, dünya ictimaiyyətini aldadır!”, “Ermənistan minaları = müharibə cinayətləri!”, “Ermənistan Azərbaycanın Ermənistandakı mədəni irsini məhv edib!”, “Ermənistanın minaları mülki vətəndaşları öldürür” şüarları və bu mövzuları əhatə edən təsvirlər nümayiş etdirilib.

Şəhər ictimaiyyətinin diqqətini Ermənistanın hərbi təxribatlarına cəlb etmək məqsədilə keçirilən məlumatlandırma aksiyası Amerika Azərbaycanlıları Koordinasiya Şurasının üzv təşkilatları olan Nyu Yorkun Azərbaycan-Amerika Qadınlar Assosiasiyası və Nyu-York–Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilib.