“Nu poqodi” cizgi serialının yaradıcılarından biri, sovet yazıçısı Aleksandr Kurlyandski 82 yaşında vəfat edib.
Bu barədə mərhumun yaxınları məlumat verib.
Yazıçının ölüm səbəbi bildirilməyib.
Kurlyandski həmçinin “Baba Yaqa protiv” (“Yaqa qarı etiraz edir”), “Sezon oxotı” (“Ov mövsümü”), “Velikolepnıy Qoşa” (“Möhtəşəm Qoşa”) və“Yabloçnıy piroq” (“Alma piroqu”) cizgi filmlərinin ssenariləri üzərində işləyib.
Onun yumoristik hekayələri “Yeralaş” verilişində ekranlaşdırılıb.
Müəllif, həmçinin uşaqlar üçün kitablar da yazıb.