“Tavuş istiqamətində 8 mövqe təhvil verilib, növbəti mərhələdə Geqarkunikin 12 kəndi və Qafanın 5 kəndinin sərhədlərinin müəyyənləşdirilməsi istiqamətində addımlar atılacaq. Qardaşım oğlunun xidmət etdiyi Noyemberyan mövqeyində artıq Azərbaycan bayrağı dalğalanır”.
Bu barədə erməni polkovnik Volodya Hovhannisyan deyib.
Onun sözlərinə görə, ermənilər geri çəkilib: “Söhbət 7-9 kilometrlik hissədən gedir, kilsənin sağında və solunda minalar təmizlənir ki, azərbaycanlılar maneəsiz irəliləsin. Azərbaycan bir güllə belə atmadan Ermənistanın ən güclü müdafiə xətlərindən birini qırdı”.
Hovhannisyan qeyd edib ki, erməni qoşunlar Geqarkunikdəki mövqelərdən də geri çəklilib.
“Hazırda 2020-ci ildən sonra qurulan minalar sürətlə təmizlənir, elə edirlər ki, səs-küy olmasın. Bir də görəcəyik ki, orada Azərbaycan kəndləri salınır. Azərbaycanlılar təkcə Geqarkunikə yox, Masisə də gələcəklər”, – o iddia edib.