
Ötən gün Abşeron rayonu ərazisində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Hadisənin görüntüləri sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, Novxanı yolunda beş avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb.
İlkin məlumata görə, hadisə nəticəsində ölən və yaralananlar olmayıb.