Novruzov keçmiş nazirləri yıxıb-sürüdü – Sensasion açıqlama

0
457
7:30 am

Son vaxtlar ilginc açıqlamaları ilə diqqət mərkəzində olan Milli Məclisin İctimai birliklər və dini qurumlar Komitəsinin sədri, YAP-ın icra katibinin müavini Siyavuş Novruzov sabiq nazirlərlə bağlı şok açıqlamalar verib.

Hakim partiyanın funksioneri Musavat.com-a açıqlamasında bildirib ki, bir sıra keçmiş nazirlər vəzifələrindən uzaqlaşdıqdan sonra “qeyb”ə çəkiliblər. “Keçmişdə dövlət rəhbərliyində işləmiş nazirlər var. Biri 20 il işləyib, biri 18 il, biri 15 il, digəri 10 il. Bunlar hamısı çəkilib qırağa, mövqeyini bildirmir. Soruşan gərək, atan, baban sənə vəzifə vermişdi?!”, S.Novruzov eks-məmurlara sərt ritorika ilə xitab edib.
Komitə sədri xatırladıb ki, vaxtilə həmin eks-məmurların törətdiyi əməllərə, yol verdikləri qanunsuzluqlara görə hakim komanda hədəf olub:
“Hələ bəzi problemləri də elə siz, keçmişdə nazir vəzifələrində çalışanlar yaradırsınız, bunu unutmayın! Ya çıxın, ortaya mövqeyinizi qoyun, ya da sizinlə bizim davamız daha gərgin olacaq! Hərəsi milyardı yığıb altına, qaçıb gizləniblər. Ona görə gəl ortaya, rəhmətlik ulu öndər demişkən, ”mövqeyini bildir!””
S.Novruzov eks-nazirlərlə bağlı dosyenin masa üzərində olduğunu deyərək şok ittiham irəli sürdü:
“Xaricdə oturanları maliyyələşdirmə! Masamın üzərində hamınızın siyahısı var, kimə nə verirsiniz”.
YAP rəsmisi daha sonra bəyan edib:
“Mən onların hər birinə mətbuat vasitəsilə xəbərdarlıq edirəm. Ya mövqeyini bildir, ya da ki, başqa məsələlərə əl atılacaq!”