Novruz bayramı İranda “mədəni dəyərlərə zidd” hesab olunub

0
8

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri Sadiq Hüseyni bildirib ki, İlam əyalətində heç bir qurum Novruz bayramı ilə bağlı şənlik keçirilməsi üçün icazə vermək səlahiyyətinə malik deyil.

Bu barədə İranda İnsan Haqları Müdafiəçiləri Qrupu (HRANA) məlumat verib.

Qeyd olunur ki, komandir qədim Novruz bayramını “mədəni dəyərlərə zidd” hesab edib və sosial şəbəkələrdə Novruz bayramı üçün çağırış edənlərin müəyyən edilərək barələrində tədbirlər görüləcəyini açıqlayıb.