“Suriyada müstəqil dövlətin parçalanması gözümüzün qarşısında oldu. Eyni aqibəti Ermənistan da yaşaya bilər”.
Bu barədə erməni ekspert Artur Xaçikyan deyib.
Onun sözlərinə görə, Suriyada Türkiyənin necə güclənməyə başladığı ortaya çıxdı: “Bu, Rusiya və İran üçün böyük məğlubiyyətdir. Çünki Rusiya üçün prioritet Ukraynadır. Bu, bizim üçün də çox təhlükəlidir, Rusiya Qafqazda da eyni seçimi edə, geri çəkilə bilər”.
Xaçikyan iddia edir ki, Türkiyə Suriyada hər şeyi qaydasına qoyduqdan sonra Zəngəzur hədəfinə doğru irəliləyəcək.
“Bizə deyirlər, “növbə sizindir, Zəngəzura gəlirik”. Bizim tərəfimizdə dayanan sonuncu ölkə – İran da təhlükədidir. Çünki Tramp İrana sarsıdıcı zərbələr endirə bilər. Bu isə Ermənistan üçün İranın dəstəyinin də itirilməsi deməkdir”, – erməni ekspert iddia edib.